TechNet Wiki üzərində necə məqalə paylaşa bilərəm ?.

TechNet Wiki üzərində necə məqalə paylaşa bilərəm ?.

  • Comments 9
  • Likes

Hörmətli Oxucular !

Bu gün TechNet Wiki üzərində necə məqalə paylaşa biləcəyimiz haqqında yazacağam. Wiki kəliməsindən də bəlli olduğu kimi Microsoftun rəsmi səhifəsində  Wiki  bölməsi hər kəsə açıqdır. Burda məqalə paylaşmaq üçün outlook.com, hotmail.com kimi səhifələrdən birində qeydiyyatınızın olmağı yetərlidir. Təbii ki, məqalə yazmaq üçün ən azından Microsoft məhsulları üzrə müəyyən sertifikatlara malik olmaq və yetərli təcrübəyə sahib olmalısınız. Sual yarana bilər ki, bəs Wiki üzərindəki məqalələrə nəzarət olunurmu ?. Əlbəttə nəzarət olunur. Bunu üçün xüsusi qruplar var, hansı ki, həmin dilləri bilən şəxslərdən seçilir. Tam olmasa da ümumi nəzarət güclüdür. Məqalə yazan zaman əgər məqalə hardansa kopyalanıbsa mütləq əsas adres təyin olunmalıdır, digər təqdirdə sizin profiliniz əbədi bağlana bilər. Qısa məlumatdan sonra gəlin yazı qaydalarına baxaq. 

http://technet.microsoft.com/en-us/  adresinə daxil olduqdan sonra Wiki bölməsinə keçid edib Post and article   düyməsinə vurduğumuz zaman yeni mövzu yazmaq üçün pənəcərə ilə qarşılaşacağıq.

Bloq yazıları yazan dostlar üçün bu pəncərə o qədər də çətin görsənməyəcək. Sadəcə Title bölməsində qeyd edəcəyimiz başlıq önəmlidir. () daxilində yazılmış yazı hansı dilə mənsub olduğunu bildirir. Misal üçün: əgər məqalə Türkcə yazılırsa (tr-TR) isitfadə olunmalıdır. 

Digər bölmələrdən şəkil, video və s. əlavə etmək mümkündür. İkinci əsas məsələ HTML hissədir. Əgər hər hansı bir saytda əvvələr məqaləniz yayımlanıbsa həmin saytın kod hissəsini kopyalayıb burda yerləşən HTML hissəyə yapışdırmağımız kifayətdir (technet.az üzərində yazılan məqalələr daxil),  Design hissəyə döndüyümuz zaman bütün məqalənin artıq burda yerləşdiyinin şahidi olacağıq. Üçüncü vacib məsələ isə Tag bölməsində uyğun sözlərin düzgün daxil olunmasıdır. Misal  üçün: Azərbacan türkcəsində yazılmış mövzu üçün başlıq olaraq (az-Az) Tag olaraq az-Az seçməliyik. Tag-ların əksəriyyəti standartdır, yazılan zaman doğru Tag avtomatik çıxacaq. Save deyərək mövzu paylaşıla bilər. Əgər hər hansı bir səhv yaranarsa geri dönüb düzəliş etmək imkanımız var.

Yararlı olması ümidi ilə.

Comments
Your comment has been posted.   Close
Thank you, your comment requires moderation so it may take a while to appear.   Close
Leave a Comment